Azərbaycanın qədim toy adət-ənənələri!

Bütün dünyada hər bir ölkədə müxtəlif toy adətləri olduğu kimi Azərbaycan xalqının da özünə məxsus toy adət-ənənələri vardır. İlk öncə toydan öncəki prosesləri nəzərinizə çatdırmaq istəyirəm. Qızla oğlan tanış olduqdan sonra əgər qərarları ciddidirsə elçilik olur.

Elçilik - bu prosesdə oğlanın anası ailə yaxınlarından bir neçə qadından qizın anasına xəbər göndərər və əgər qızın anası onlardan bir az zaman istəyər bu söhbəti qızın atasına deyib onun qərarını almaq üçün. Əgər qızın atası razı olarsa anası oğlan adamlarına razılıqlarını bildirərlər. Daha sonra isə oğlan evinin ailə bğyuklərindən bir neçə nəfər şirni və üzük göturərək qız evinə elçiliyə gedərlər. Oğlanın atası Allahın izni Peyğəmbər(c.c)in əmri ilə qızı atasından istəyər. Bu anda süfrəyə şirinçay gələr və qızın atası əgər qızı verməyə razı olursa buyurun şirin çaylarınızı için Allah xoşbəxt etsin deyər. Şirin çay içildikdən sonra oğlan evindən bir qadın gətirdikləri üzüyü qızın barmağına taxar. Elçilik prosesi burada da bitər daha sonra isə nişan mərasimi var sırada.

Nişan mərasimi - Bu mərasimin mənası bu qız və oğlanın bir-birləri ilə nişanlandıqlarını evlənəcəklərini insanlara bildirməkdir. Elçilikdən bir müddət sonra oğlan eviylə qız evi bir araya gəlir nişan günü təyin edərlər. Nişanda oğlan evi qız üçün biri birindən gözəl xonçalar hazırlayarlar, qırmızı şal alarlar, qız evi oğlan üçün, oğlan evi isə qız üçün alyans alarlar. Yaxın qohum əqrabanı nişan mərasiminə dəvət edərlər. Mərasim qız evində keçirilər, oğlan adamları oğlanla birgə xonçalarını, güllərini, şirnilərini götürərək yollanarlar qız evinə. Oğlan evi gəlib qız evinə çatdıqdan sonra mərasim başlayar. Üzüklər taxılar qırmızı şal qızın başına atılar, xonçalar açılar, oğlan evinin gətirdiyi şirnilər mərasimdə iştirak edən qonaqlara paylanar. Bir sonraki proses isə qız toyudur.

Qız toyu - Qız toyuyla oğlan toyu ayrı-ayrı və müxtəlif zamanlarda keşirilir. Artıq ged-gedə bu adət yox olmağa başlayır çünki oğlanla qızın toyunu birgə edir bir çox insan. Deməli qız toyunda nələr baş verir? Qız evinin yaxın qohum əqrəbası, dost-tanışı, qonum-qonşusunu qız evi toya dəvət edər. Qız evində mağar qurular, gələn qonaqlar üçün böyük-böyük qazanlarda Azərbaycanın milli yeməkləri pulov, qovurma, lüllə-kabab bişirilər, paytaxt salatı və müxtəlif salatlar hazırlanar. Oğlan adamları qıza gəlinlik alarlar saç-başını bəzətdirər. Qız bəzənər, oğlan evinin gətirdiyi gəlinliyi geyinər. Oğlan evi isə yaxın qohum əqrabasını, qonum-qonşusunu götürərək əllərinə xonçalarını, gəlin üçün aldıqları bəxt güzgüsünü, şamlarını alaraq yollanar qız evinə. Oğlan evi qız evinə çatıb həyətə girəndə milli toy mahnımız olan vağzalı səslənər. Oğlan adamı xonçaları yadı qoyduqdan sonra gəlini mağara düşürərlər və gəlinin qarşısıda rəqs edərlər gəlinlə rəqs edərlər. Daha sonra isə gəlini mağarda xüsüsi ilə hazərlanmış gəlin stoluna oturdarlar. Yerlərinə əylaşərlər və yeyib-içmək başlayar. Yeyib-içmək qurtardıqdan sonra bütün qonaqlar rəqs etməyə başlayarlar. Gəlin hamıyla rəqs etdikdən sonra oğlan evi gəlini vağzalı sədaları altında mağardan çıxararlar və məclis də burada sona çatar hamı öz evinə dağılar. Bir sonraki proses xına yaxdı mərasimidir.

Xına mərasimi - Qız toyundan sonra oğlan toyuna bir neçə gün qalmış baş verir. Bu mərasimdə oğlan və qız evindən qadınlar, gənc qızlar qız evinə dəvət olunar çünkü bu mərasim də qız evində keçirilər. Gəlinə qırmızı xına paltarı geyindirilər, başına qırmızı şal atarlar. Mərasimdəki gənc qızlar gəlinin baçına toplaşaraq haxıştalar deyərlər, əylənərlər.
                              Ağ dəvə düzdə qaldı hakışta,
                              Yükü Təbrizdə qaldı hakışta.
                              Oğlanı dərd apardı hakışta,
                              Dərmanı qızda qaldı hakışta.

Daha sonra isə gəlinin əllərinə, ayaqlarına xına yaxarlar, xına mərasimində oğlanın anası gəlininə qızıl taxar. Bu mərasimdə gəlinin qırmızı geyinməsinin və oğlan anasının gəlinə qızıl taxmasının xüsüsi mənası vardır. İnanca görə qızıl və qırmızı rəng bəd-nəzəri qaytarır, xoşbəxtlik gətirər. Xına mərasimindən bir neçə gün sonra baş verəcək proses oğlan toyudur.

Oğlan toyu - Oğlan toyunda isə oğlanın həyətində mağar qurular, oğlanın qohum-əqrəbası, qonum-qonşusu, dost-tanışı dəvət olunar. Eyni qız toyunda bişirilən yeməklər, hazırlanan süfrə bu səfər oğlan evində hazırlanar. Oğlan xüsusi bəy kostyumu geyinər, qız isə ağ gəlinlik. Oğlan evindən oğlanın ata-anası, bacı-qardaşı və bir neçə yaxın qohumu xüsusi bəzədilmiş gəlin maşını ilə yollanır qız evinə gəlini gətirməyə. Gedib qız evinə çatarlar və vağzalı sədaları altında bəy maşından düşüb oğlan adamları ilə birlikdə evə çıxar. Gəlinin belinə qırmızı lent bağlanar və qızın atası gəlinin başına qırmızı şalı atıb xeyir dua verərək yanan lampanın başına fırladar.
Daha sonra oğlan gəlib qıza gül verər və qızı götürüb vağzalı sədaları altında maşına mindiriib oğlan evinə apararlar. Lampanıda oğlan evi götürüb aparar. Bunun mənası isə qızın çırağı artıq oğlanın evində yansın deyə bilinir. Oğlan evinə çatdıqdan sonra gəlin və bəy maşından düşər qohum-əqrəba, qonum-qonşu onların qarşısında rəqs edib onları oynadarlar daha sonra isə yenə milli musiqimiz olan vağzalı sədaları altında gəlin və bəyi evə çıxararlar bu zaman gəlinin ayağının altına dərin bir qabda su və bir boşqab qoyarlar. Gəlin evə daxil olarkən qabdakı suyu dağıdıb, boşqabı isə sındırır. Bununda xüsusi mənası vardır. Deyilənə görə su aydınlıq gətirdiyi üçün qoyulub dağıdılır, boşqabı isə gəlin sındıra bilərsə o evdə hökmü keçəcəy, sındıra bilməsə yox bu mənanı verir. Gəlin boşqabı sındırıb, suyu dağıtdıqdan sonra evə daxil olurlar bəyin atası gəlinə bir hədiyə verərək gəlin və bəyi əyləşdirirlər, gəlinin qucağına balaca bir oğlan uşağı qoyarlar. Bunun da mənası gəlinin oğullu-uşaqlı olmasıdır. Daha sonra isə bəy və evdəki bütün qonaqlar toy mağarına daxil olarlar və toy məclisi başlayar. Yeməklər yeyilər, rəqslər edilər, bəy başı oxşanar və bu mərasim burada da sona çatar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Diqqətli olun hədiyyəli kampanya adıyla şəxsi məlumatlarınızı əldə edə bilərlər!

Bitcoin nedir?