Java nədir? Javanın tarixi.

Java 1995-ci ildə James Gosling tərəfindən  yaradılmışdır.


Java obyekt yönümlü, çox funksiyalı və müasir dövrdə tez-tez istifadə olunan 
interpreted bir dildir. Hal-hazırda Java Oracle Corporation tərəfindən idarə edilir. Və günü-gündən təkminləşdirilərək  yeni versiyalarla istifadəçilərin istifadəsinə verilir. Java çətin dillərdən hesab edilsə də,  istifadə sahəsi çox genişdir.  Java təkminləşdirilərək C və C++ dillərindən üstün səviyyəyə gətirilmiş və demək olarki, hər yerdə istifadə edilməyə başlanmışdır.
Java-ın məşhur bir tezisi olan “Bir dəfə yaz, hər yerdə istifadə et”(write once, run anywhere) Javanın digər dillərdən üstün olduğundan bəhs edir. Java kodundan hətta Android Studio-da yəni, application-ların hazırlanmasında da istifadə edilir.

Java-ın əhəmiyyəti nədir?
Java-ın digər dillərdən üstün cəhətləri; bir o qədər çətin görünsə də, asan olması, istənilən platformada (Windows, Linux, Mac) işləməsi, sürətli olması, obyekt yönümlü olması, çox şarəli (multi-threaded) olması və s.

Java-da istifadə edilən dəyişən tipləri.
Javada dəyişən tiplərinə nəzər salmadan öncə qeyd etmək istərdik ki, Java çox ciddi tipləşdirilmiş dildir (Strongly Typed Language).
Java-da istifadə edilən dəyişən tipləri bunlardır: primitiv tipli dəyişənlər, referans tipli dəyişənlər və null tipi.
Primitiv tipli dəyişənlərdə 8 bölməyə ayrılır: byte, short, int, long, float, double, boolean və char.
Bu dəyişənlərdən byte, short, int və long tiplərinə yalnız tam ədədlər, float və double tiplərinə yalnız kəsr ədədlər, boolean tipinə digərlərindən fərqli olaraq true(doğru) və false(yanlış), char tipinə isə  tək dırnaq işarəsi içində yalnız bir simvoldan ibarət istənilən dəyəri vermək mümkündür.
Referans tipli dəyişənlər isə: wrapper class-lar, interface, array, string və object. Referans tiplər primitiv tiplərdən fərqli olaraq, dəyər qəbul etməklə yanaşı həm də müəyyən vəzifələri yerinə yetirir.
Null tipi isə verilən dəyişənə dəyər mənimsətmək istəmədikdə istifadə edilir. Null tipi String və object-də null , primitiv tiplərdə isə 0 dəyəri mənimsətilərək istifadə edilir.

Java-da dəyişənlər.
Java-da üç dəyişən  mövcuddur: lokal dəyişənlər, class dəyişənlər, static dəyişənlər.
Lokal dəyişənlər main metodun daxilində yerləşir.
Class dəyişənləri main metodla class-ın arasında yerləşən dəyişən tipləridir. Class dəyişənlərinin bir digər adı isə obyekt dəyişənlərdir.
Static dəyişənlər isə dəyişən tiplərinin önündə “static” sözünün yazılması ilə yaranır.
Static dəyişənlər main metodun daxilində yazıla bilməz.

Həmçinin static dəyişənlərdən daha sonra class daxilində istifadə etmək mümkündür.

Bu class yəni, obyekt dəyişənlərində mümkün deyil. Həmçinin lokal dəyişənlərdə də bunu etmək mümkün olmur.











              


Əgər bunu etsəniz bu zaman xəta baş verir. Bu sizin qarşınıza compile time error və ya run time error kimi də çıxa bilər.
(Compile time error kod yazıldığımız zaman qarşımıza çıxan xətalardır. Run time error isə yazdığımız kodu işlədərkən qarşımıza çıxan xətaya deyilir.)

Java-da metod.
Bütün bu dəyişən və dəyişən tipləri metod daxilində yazılır. Metodunda yazılma ardıcıllığı mövcuddur. Gəlin bunun haqqında danışaq. Metodun yazılma ardıcıllığı altı mərhələn ibarətdir. İlk öncə access modifier (erişim niteleyicisi) yazılır, lakin bu sizin istəyinizə bağlıda ola bilər. İkinci olaraq, static sözü yazılır. Bu da istəyə bağlıdır. Üçüncü mərhələdə return type (dəyişən tipləri) yazılır, bunu yazmaq vacibdir. Daha sonra metodun adı yazılır. Sonra mötərizə işarəsi qoyulur, əgər mötərizənin içi boşdursa, o zaman bu parametrsiz, yox əgər mötərizənin içinə dəyişən yazsanız bu parametrli metod hesab olunur. Sonuncu addımda isə kaşlı ayraçdan istifadə edilir. Hər bir iş bu mötərizənin içində aparılır. İndi isə sizlərə bu addımlara uyğun metod göstərəcəyəm.
1.    Access Modifier (erişim niteleyicisi) - olmayada bilər. Əgər public yazılarsa, bir digər metod daxilində çağırıla bilər.
2.    Static - yazılmaya bilər.
3.    Return Type (dəyişən tipləri) - mütləq yazılmalıdır.
4.    Metodun adı - vacibdir.
5.    ( ) - işarəsi - yazılması önəmlidir.
6.    { } - işarəsi - metod yarandığını bildirir.
Bir nüansıda qeyd etmek istərdim ki, access modifier hər zaman əvvəldə yazılmalıdır. Access Modifier-lərin dörd növü vardır. Public, private, protected, default.
Public – metodun və ya  class-ın qarşısına yazıldıqda, orada olan məlumatları digər bir class-a və ya metoda ötürmək mümkün olur.
Private - metodun və ya  class-ın qarşısına yazıldıqda, orada yazılanları sadəcə class və ya metod daxilində istifadə etmək mümkün olur.
Protected - metodun və ya  class-ın qarşısına yazıldıqda, orada qeyd edilən məlumatlar yalnız eyni package- də olan class və ya metodlarda istifadə oluna bilər.
Default – bu access modifier-dən  eynilə protected kimi istifadə olunur.
Metodun bir digər xassəsidə vardır. Bu iki eyni adlı metod yaratmaqdır. Əsas etibarilə bu mümkün deyil. Lakin bu metodun overloading  olunması ilə mümkündür. Metod necə overloading edilir?
Bunun üç əsas şərti mövcuddur.
1.    Mötərizənin içindəki parametrlərinin heç olmazsa, biri fərqli olmalıdır.
2.    Bu zaman dəyişən tipinin müxtəlifliyi nəzərə alınır.
                     
3.    Access Modifier-də fərqli ola bilər. Lakin digər şərtlərdə ödənilməlidir.

İndi isə String- in metodları haqqında danışaq. String-in təqribən 20-dən çox metodu vardır. Sizlərə bir neçəsi haqqında danışmağa çalışacağam.
1.    length() - string-ə mənimsədilən dəyərdəki hərf və ya rəqəmlərin miqdarını qaytarır.
2.    charAt() - massiv-də olduğu kimi sayır və verdiyimiz indeksdəki hərf və ya rəqəmi göstərir.
3.    indexOf() - massiv-də olduğu kimi sayır və yazdığımız hərf və ya rəqəmin indeksini qaytarır.
4.    substring() - alt çoxluq yaradır, verdiyimiz indekslər arasındakı hərf və ya rəqəmləri həmin çoxluğa göndərir.
5.    toLowerCase() - dəyişənə verilmiş dəyərdəki bütün hərfləri kiçik şriftə çevirir.
6.    toUpperCase() - dəyişənə verilmiş dəyərdəki bütün hərfləri böyük şriftə çevirir.
7.    equals() - verilmiş string-ləri müqayisə edir.
8.     equalsIsIgroneCase() - verilmiş string-lərdəki hərflərin şriftlərini eyniləşdirir, daha sonra müqayisə edir.
9.    startsWith() - verilən hərf və ya rəqəmlə başlayıb- başlamadığını yoxlayır.
10.endsWith() - verilən hərf və ya rəqəmlə qurtarıb- qurtarmadığını yoxlayır.
11.concat() - yazdığınız yeni parçanı öncədən yazdığınız hissəyə birləşdirir.
12.trim() - başdakı və sondakı boşluqları silir.

Java, onun dəyişənləri, metodları, ArrayListləri və başqaları haqqında uzun danışmaq olar. Lakin bunları bir dəfəyə anlatmaq bir az çətin olar. Bu dəfəlik bu qədər. Yazımı sonlandırmadan sizlərə Java üçün kompyuterdə JDK-nın  quraşdırılması haqqında məlumat vermək istəyirəm. İlk öncə sizlərə bir neçə mənbə verəcəyəm və daha sonra özüm quraşdırılma ardıcıllıqlarını sadalayacağam. Mənbələr əsasən youtube kanallarından ibarətdir:
1.    Kodera - azərbaycan dilindədir. Həm JDK-nın yüklənməsi qaydalarından, həm də java dərslərindən bəhs edir.
2.    Kenan Yusubov - azərbaycan dilindədir. Java dərsləri bura mövcuddur.
3.    Az programming - azərbaycan dilindədir. Burada jdk-nın qurulması və java dərslərindən yararlana bilərsiniz.
4.    Sarkhan Rasullu -  azərbaycan dilindədir. Java dərslərindən istifadə edə bilərsiniz.
5.    BilgisayarKavramlari - türk dilindədir. Burada həm JDK-nın qurulması, həm də java dərsləri mövcuddur.
6.    Yazılım Bilimi - türk dilindədir. Həm jdk-nın quraşlırıması videoları, həm də java dərsləri mövcuddur.

Sizlərə asanlıq olsun deye bir başa yükləmə linkini atacağam, hansı versiyanı yükləməli olduğunuzu verdiyim kanallardakı videolardan da öyrənə bilərsiniz.
Doğrusunu istəsəniz mən JDK SE 8 yükləmişdim. Lakin yeni versiya yükləməniz məncə daha dağru olar.
Bundan əlavə siz İDEA da yükləməlisiniz. Onun da yüklənməsi videolarda verilib. Yene də mən linki burada verəcəyəm.
Sizin burada etməniz gərəkən sadəcə öz əməliyyat sisteminizə uyğun olanı seçmək və yükləməkdir. Daha ətraflı məlumatlar üçün mənbələrdən istifadə edə bilərsiniz.
Bir məlumatda qeyd etmək istərdim ki, javanı öyrənməyə başlasanız sizə yardımçı olacaq bir mənbəni də qeyd etmək istərdim. Bu xarici dilində bir səhifədir. Burada siz bəzi problemlərinizi həll edə bilər, bilmədiklərinizi öyrənə bilərsiniz.
Burada siz sadəcə java deyil, hətta digər dillər haqqında da məlumat toplaya bilərsiniz.
Blogumu oxuduğunuz üçün təşəkkürlər. Sizlərə yardımçı ola bildiysən nə xoşdur mənə.


Görüşmək diləyilə...
 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Bitcoin nedir?

Azərbaycanın qədim toy adət-ənənələri!

Diqqətli olun hədiyyəli kampanya adıyla şəxsi məlumatlarınızı əldə edə bilərlər!